Uzun illər əvvəlcə futbolçu kimi, daha sonra isə məşqçi olaraq \"Neftçi\"nin şərəfini qorumuş İqor Getman bundan sonra Zaqatala təmsilçisi olan \"Simurq\"un uğurları üçün tər tökəcək. Siasport.az saytı xəbər verir ki, "Simurq"un məşqçilər korpusunda dəyişiklik olub. Klubun icraçı-direktoru Vaqif Əliyev mətbuata açıqlamasında bildirib ki, "Neftçi"nin məşqçisi İqor Getmanı dəvət ediblər və 41 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalayıblar: "Getmanın təyinatı az öncə rəsmiləşdi. Onunla 1 illik müqavilə imzaladıq. İqor əsas komandamızda çalışacaq, baş məşqçi Sergey Yuranı iş prosesində kömək edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB