Ahmet Dursun yaşıl meydanlarla vidalaşdı!

Ahmet Dursun yaşıl meydanlarla vidalaşdı!

33 yaşını qeyd edən "Xəzər Lənkəran"ın sabiq futbolçusu Ahmet Dursunu, artıq bir daha yaşıl meydanlarla görməyəcəyik. Siasport.az saytı xəbər verir ki, türkiyəli futbolçu karyerasını başa vurub. Maraqlıdır ki, 33 yaşlı hücumçunun sonuncu komandası Türkiyə çempionatının 2-ci liqasında çıxış edən "Eyüpspor" olub. O, futboldan gedişinə son zamanlar üzləşdiyi zədələrin təsir göstərdiyini bildirib. Dursun vida mərasimi təşkil etməkdən ötrü 1999 – 2003 və 2005-2006-cı illərdə formasını geyindiyi "Beşiktaş" klubuna müraciət edəcəyini söyləyib. Təcrübəli oyunçu şərhçi və ya məşqçi kimi fəaliyyətini davam etdirəcəyini də sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə