“Rabitə” almanlara "divan tutub"

“Rabitə” almanlara "divan tutub"
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının V turunun oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, Bakının "Rabitə" klubu qrup mərhələsinin son ev matçında Almaniya "Dresdner"i ilə münasibətlərinə aydınlıq gətirib. Komandamız almanlara "divan tutub".
Rəıqib üzərində 3:0 hesablı qələbə sayəsində Zoran Qayiçin yetirmələri həm də yekunda qrup lideri olmaq şanslarını saxlayıblar. Çünki komandamız son turu da qələbə ilə başa vurarlarsa və əsas rəqibləri "Fənərbaxça" 2 oyunda cəmi 2 setdə uduzarsa, "Rabitə" növbəti mərhələyə qrup birincisi kimi yüksələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə