Bakının "Neftçi" futbol klubu Unibank Premyer Liqasının qarşıdakı oyunlarına Türkiyənin Antalya şəhərində hazırlaşacaq.
Siasport.az saytı xəbər verir ki, sabah Türkiyəyə yola düşəcək çempionatın lideri "Mardansport" otelində məskunlaşacaq. İki mərhələdən ibarət olacaq hazırlıq prosesinin ilk hissəsi əsasən fiziki məşqlərə həsr olunacaq. Həmin dövrdə 2-3 yoxlama matçının keçirilməsi planlaşdırılır.
Təlim-məşq toplanışının ikinci mərhələsində isə flaqman yanvarın 28-dən fevralın 3-dək keçiriləcək Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək. "Neftçi" fevralın 4-də Bakıya qayıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB