Fatih Terimin qızı "Qalatasaray"lı futbolçunun müdafiəsinə qalxdı!

Fatih Terimin qızı "Qalatasaray"lı futbolçunun müdafiəsinə qalxdı!
İstanbulun "Qalatasaray" futbol klubunun ötən tur səfərdə "Samsunspor"la qarşılaşmanın birinci hissəsində 0:2 hesabı ilə geriyə düşməsində əsas günahkar sayılan Sabri Sarıoğluya qarşı ittihamlar ara vermir. Siasport.az saytı xəbər verir ki, qarşılaşmadan sonra "Qalatasaray"lı azarkeşlər Twitter səhifələrində futbolçuya qarşı etiraz və təhqir dolu fikirlər yazmağa başlayıblar. Artıq bu məsələ Türkiyə mətbuatında da ciddi müzakirə obyektivinə çevrilib. Amma maraqlısı odur ki, S.Sarıoğlunu müdafiə edənlər də tapılıb. Belə ki, "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin qızı Merve Terim Çetin öz şəxsi Twitter səhifəsində yerləşdirdiyi açıqlamasında azarkeşlərə səslənərək, onları S.Sarıoğluna qarşı təhqir və mənəvi hücumlara son qoymağa çağırıb: "O da bir insandır. Bu həyatda hər kəsin səhv etmə şansı var. Heç kəs bundan xali deyil. uzun fasilədən sonra yenidən yaşıl meydanalara qayıdan bir gənc futbolçunu bu şəkildə təhqir etmək, onu mənəvi baxımdan sındırmağa heç kəsin haqqı yoxdur. Bu aksiyalar, ilk növbədə "Qalatasaray"ın özünə qarşı böyük ziyandır."

Bütün xəbərlər Facebook səhifəmizdə