Ronaldo Messiyə baxıb Neymara nəsihət verdi!

Ronaldo Messiyə baxıb Neymara nəsihət verdi!
Dünən FİFA-nın təsis etdiyi "Qızıl top" mükafatını argentinalı Leonel Messiyə təqdim edən braziliyalı futbol əfsanəsi Ronaldo, həmyerlisi olan Neymara da öyüd-nəsihət dolu mesaj yollayıb. Siasport.az saytı xəbər verir ki, braziliyalı əfsanə, Neymarın da argentinalı L.Messi kimi "Qızıl top" mükafatını qazanması üçün tezliklə Avropaya getməsinin vacib olduğunu dilə gətirib: "Neymar da Messi kimi çox istedadlı futbolçudur. O, Messidən yaxşı da ola bilər. Bunun üçün də Neymar hökmən Avropaya transfer olunmalıdır. Əgər "Qızıl top" mükafatını qazanmaq istəyirsə, Avropada oynamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə