Tyeri Anri qayıtdı, "Arsenal" qələbə qazandı!

Tyeri Anri qayıtdı, "Arsenal" qələbə qazandı!
Dünən İngiltərə Federasiya kubokunda (FA) III mərhələnin oyunlarına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, Londonun "Arsenal" klubu doğma azarkeşləri önündə "Lids Yunayted"lə münasibətlərinə aydınlıq gətirməli olub. Doğma meydan amili və görüşün favoriti kimi göstərilməsinə baxmayaraq, "Arsenal" birinci diviziyon klubu ilə mübarizədə gərgin mübarizə aparmalı olub. Belə ki, rəqib komanda güclü müdafiə sayəsində Arsen Vengerin meydana buraxdığı gənc "topçular"ı əmllicə "tərlətməli" olub.
Amma A.Venger, "Arsenal"ın heyətinə yenicə qoşulan və "topçular"ın əfasənəvi futbolçusu sayılan Tyeri Anrini 68-ci dəqiqədə meydana buraxmaqla görüşün taleyinə aydınlıq gətirib. Belə ki, meydana çıxandan cəmi 20 dəqiqə sonra T.Anri, 8 il formasını geydiyi doğma klubunu qələbəyə daşıyan qolu vurub. "Emirates" stadionuna toplaşan 60 mindən çox "Arsenal" azarkeşi fransız futbolçunu ayaq üstündə alqışlayıb. London təmsilçisi bu qələbə sayəsində kubokda IV tura adlayıb. İndi "Arsenal"ı İngiltərə Federasiya kubokunun IV mərhələsində "Aston Villa" səddi gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə