“Qızıl top” yenə Messinindir!

“Qızıl top” yenə Messinindir!

FİFA və "France Football" jurnalının birgə təsis etdiyi "Qızıl top" mükafatının yeni qalibi artıq məlumdur. Siasport.az saytı xəbər verir ki, 2011-ci ilin yekunlarına əsasən bu nüfuzlu mükafata "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi sahib çıxıb. 24 yaşlı futbolçu ardıcıl üçüncü dəfədir "Qızıl top"la təltif olunur. İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə Messiyə mükafatı əfsanəvi braziliyalı futbolçu Ronaldo təqdim edib. Messinin rəqibləri isə "Barselona"dakı komanda yoldaşı Xavi və kataloniyalıların barışmaz rəqibi Madrid "Real"ının portuqaliyalı futbolçusu Kriştianu Ronaldo idi.

Bütün xəbərlər Facebook səhifəmizdə