İspaniyadakı iqtisadi böhran avtomobil idmanının ən məşhur növlərindən olan "Formula 1" in "Kataloniya" və "Valensiya" meydançalarındakı yarışlarını təhlükəyə atıb. Siasport.az saytının məlumatına görə "Valensiyadan" sonra "Kataloniya" rəhbərliyi də "Formula 1" ilə olan müqavilənin yenidən nəzərdən keçirilməsinin vacib olduğunu bildirib. "Kataloniya" Hökumət İdarə Heyətinin iqtisadi işlər üzrə məsul şəxsi Andey Mas Kolel "Katalan" radiosuna verdiyi açıqlamada bildirib ki, "Biz "Formula 1ə həddindən artıq pul xərcləyirik. Mövcud iqtisadi vəziyyətdə buna icazə verməyimiz nəzərdə tutulmur. Elə müqavilələr var ki, davam etmək pozmaqdan daha bahalıdır".Məlumat üçün bildirək ki, "Valensiya" muxtar rəhbərliyi də keçən həftə verdiyi açıqlamasında, "Valensiyada" keçirilən "Formula 1 GP" ilə əlaqədar müqavilənin yenidən nəzərdən keçirilməsi üçün "Formula1" rəhbəri Berni Eklestonla görüşəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB