Zeynəb Məmmədyarova üç dünya və beş Olimpiya çempionunun qatılacağı turnirdə iştirak edəcək

Zeynəb Məmmədyarova üç dünya və beş Olimpiya çempionunun qatılacağı turnirdə iştirak edəcək
Xəbər verdiyimiz kimi, fevralın 17-dən 22-dək Tbilisidə Peşəkar Şahmatçılar Assosiasiyası (PŞA) Kuboku uğrunda sürətli şahmat üzrə qadınlararası final turnir keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bu yarışda ölkəmizi Zeynəb Məmmədyarova təmsil edəcək. Turnirin bəzi iştirakçıları - Zeynəb Məmmədyarova, Maya Çiburdanidze (Gürcüstan), Nana Zaqnidze (Gürcüstan) və Aleksandra Kostenyuk (Rusiya) Gürcüstan Federasiyası tərəfindən dəvət olunublar. Digər səkkiz idmançı isə seçimlərdə iştirak ediblər. Bunlar Nadejda Kosintsovoy, Tatyana Kosintsovoy (hər ikisi Rusiya), Anna Muzıçuk (Sloveniya), Viktorii Çimlite (Litva), Antoaneta Stefanova (Bolqarıstan), Pii Kramlinq (İsveç), Yekaterina Laqno (Ukrayna) və Anna Zatonskidir (ABŞ). Yarış qadın şahmat oyunları tarixində ən güclü turnirlərdən olacaq. Burada üç dünya və beş Olimpiya çempionu iştirak edəcək. Final turnirinin mükafat fondu 40 min ABŞ dollardır. Bunun da 10 min dollarını qalib şahmatçı alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə