Qurban Qurbanov “Barselona”nın düşərgəsinə yollanır

Qurban Qurbanov “Barselona”nın düşərgəsinə yollanır

Ağdamın "Qarabağ" futbol klubunun nümayəndə heyəti bu gecə İspaniyaya yollanır. "Qarabağ" futbol klubunun mətbuat xidmətinə istinadən verilən məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanov bir həftə ərzində İspaniyanın məşhur "Barselona" kollektivinin düşərgəsində olacaq. Qurban Qurbanovu İspaniyada Anar Məmmədli və "Qarabağ"ın metodiki-məşqçisi Borçe Xristov müşayiət edəcək.


Səfər çərçivəsində "Barselona" klubu futbolçularının məşqlərini izləyəcək baş məşqçimizin müəyyən görüşlərinin də baş tutacağı gözlənilir. Qurban Qurbanov eyni zamanda səfər çərçivəsində "Barselona"nın oyunlarını da izləyəcək.


Belə ki, yanvarın 13-də İspaniya kubokunda Osasunada yerli komandayla katalonların cavab görüşünü izləyəcək çalışdırıcı, ardınca "Nou Kamp" stadionunda yanvarın 15-də baş tutacaq "Barselona" – "Betis" mücadiləsini izləyəcək. Qurban Qurbanovla onu müşayiət edən şəxslərin yanvarın 16-da Bakıya qayıdacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə