“Neftçi”nin U-14 komandası Spartak”, “Dinamo” (Kiyev) və “Zenit”ə qarşı!

“Neftçi”nin U-14 komandası Spartak”, “Dinamo” (Kiyev) və “Zenit”ə qarşı!
Bakının "Neftçi" klubunun U-14 komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək ənənəvi "Dəri top" turnirində iştirak edəcək. Siasport.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 14-19-da keçiriləcək yarışda "Neftçi" ilə yanaşı, "Spartak" (Moskva), "Dinamo" (Kiyev), "Zenit" (Sankt-Peterburq), "Dinamo" (Moskva) kimi məşhur klublar da daxil olmaqla, MDB və Baltikyanı ölkələrdən olan 16 komanda mübarizə aparacaq. Hərəsində 4 komanda olan qruplardan növbəti mərhələyə 2 klub çıxacaq. Məşqçi Araz Qulamovun rəhbərlik etdiyi komandamızın yer alacağı qrup və qarşılaşacağı rəqiblər yanvarın 14-də keçiriləcək püşkatmadan sonra müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə