London Olimpiadasına getmək istəməyənlər biletlərini satışa çıxarırlar

London Olimpiadasına getmək istəməyənlər biletlərini satışa çıxarırlar
Böyük Britaniyada və Avropa İttifaqının digər ölkələrində 2012-ci il London Olimpiya və Paralimpiya oyunlarına lazımsız biletlərin təkrar satışının rəsmi mexanizminə start verilib. Siasport.az saytı xəbər verir ki, Olimpiya oyunlarına və mərasimlərinə biletlərin əsas hissəsi ötən ilin yaz-yay aylarında www.tickets.london2012.com internet saytı vasitəsilə satılıb. Amma indi lazımsız saydıqları biletləri satmaq üçün bilet sahiblərinə leqal imkan verilib.
Avropa İttifaqı ölkələrinin sakinləri getmək istəmədikləri və ya gedə bilmədikləri yarışlara biletləri nominal üzrə satışa çıxara biləcəklər. Satılan biletlərin pulu satan şəxsin hesabına köçürüləcək. Dörd həftə ərzində satılmayan biletlər sahibinə qaytarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə