Kseniya Kovalenko İtaliya A seriyasında növbəti uğursuzluğa düçar oldu

Kseniya Kovalenko İtaliya A seriyasında növbəti uğursuzluğa düçar oldu
Azərbaycan milli komandasının voleybolçusu Kseniya Kovalenko İtaliya A seriyasında növbəti oyunu uğursuzluğa düçar olub. Siasport.az saytı xəbər verir ki, idmançımızın şərəfini qoruduğu "Kariparma" komandası "Yamamay"la görüşdə məğlubiyyət acısı yaşayıb. İdmançımızın çıxış etdiyi komanda CEV kubokunun səkkizdəbir final mərhələsində Bakının "İqtisadçı" komandasının rəqibinə 1:3 (21:25, 17:25, 25:21, 21:25) hesabı ilə uduzublar. Voleybolçumuz bu matçda "Kariparma"ya 5 xal qazandırıb. XIII turun bu qarşılaşmasından sonra "Yamamay" 1-ci pillədəki yerini qoruyub və onun aktivində 33 xalı var. "Kariparma" isə 12 xalla 9-cu pilləyə yuvarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə