19 yaşlı futbolçularımız Litva yığmasna da məğlub olublar

19 yaşlı futbolçularımız Litva yığmasna da məğlub olublar
Sankt-Peterburqda keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Litva yığması ilə qarşılaşmadan məğlubiyyətlə ayrılıb. Siasport.az saytı xəbər verir ki, turnirdə 9-12-ci yerlər uğrunda oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından, qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən litvalı futbolçular ümumi nəticədə 7:6 hesabı ilə qələbə qazanıblar. Yığmamız turnirdə son oyununu sabah Latviya komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə