Türkiyə Superliqasında fırtına kimi əsən, son 8 qarşılaşmada məğlubiyyət üzü görməyərək böyük hesablı qələbələr qazanan İstanbulun "Qalatasaray" futbol klubu, indi də "ulduz transferinə" strart verməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, İstanbul nəhəngi, İngiltərənin "Liverpul" futbol klubunun hollandiyalı ulduz futbolçusu Diyk Küytü sıralarına qatmağa hazırlaşır.
Türkiyə mətbuatının yazdığına inansaq, "Liverpul"lu futbolçunun transfer məsələsi ilə "Qalatasaray"ın vitse-prezidenti Ali Dürüst məşğul olur. Baş məşqçi Fatih Terim, hazırda olduqca yüksək səviyyədə olan heyəti, Avropa futbolunda böyük təcrübəsi olan futbolçularla gücləndirərək, "Qalatasaray"ın UEFA Çempionlar Liqasındakı gələcək çıxışı üçün ciddi hazırlıq planı həyata keçirməyi düşünürü. Onsuz da son günlər baş məşqçi tərəfindən "arzuolunmazlar"dan sayılan və komanda ilə vidalaşacaq futbolçular siyahısında göstərilən 31 yaşlı D.Küytün də "Qalatasaray"a gəlməyə razı olduğu bildirlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB