Gənc Liverpool azarkeşi rasizmdə ittiham olunur

Gənc Liverpool azarkeşi rasizmdə ittiham olunur

İngiltərə polisi Liverpool futbol komandasının azarkeşini futbolçunun ünvanına irqçi ifadələrlə bağırmaq ittihamı ilə saxlayıb. Eyntri şəhərindən olan 20 yaşlı azarkeş iqrçi ədavət zəminində ictimai asayişi pozmaqda ittiham olunur. O, müstəntiqlər tərəfindən dindirilir.

SİA-nın məlumatına görə, hadisə ötən cümə Liverpool və Oldham futbol klubları arasında görüş zamanı baş verib. Liverpool azarkeşi matç boyunca rəqibin tünddərili yarımmüdafiəçisi Tom Adeyemini təhqir edib. Nəticədə futbolçu dözməyib və meydançanı tərk edib.

Liverpool klubunun mətbuat xidməti, matçdan sonra gərginləşən iqrçi qalmaqalla bağlı rəsmi bəyanatla çıxış edib və "günahkarların cəzasına çatdırılmasının vacib olduğunu" deyib.

"Biz bu məsələyə çox ciddi yanaşırıq və polisə bizdə olan videoyazıları və fotoları təqdim etmişik" - pres-relizdə deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə