Millimiz Litva yığmasına məğlub oldu

Millimiz Litva yığmasına məğlub oldu

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Komandamız Litva yığması ilə 9-12-ci yerlər uğrunda oyunda qarşılaşıb.


Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə litvalılar 7:6 hesabı ilə qalib gəlib.


Qeyd edək ki, Litva 9-cu yer uğrunda matçda Yunanıstan, Azərbaycan isə 11-ci yer uğrunda görüşdə Latviya ilə qarşılaşacaq.


Azərbaycan - Litva 1:1 (penaltilər - 6:7)

Bütün xəbərlər Facebook səhifəmizdə