Lionel Messi karyerasını "Barselona"da bitirmək istədiyini bəyan edib. Xarici mətbuata istinadən verilən məlumata görə, bu açıqlaması ilə futbolçu haqqında gəzən söz-söhbətlərin yalan olduğuna işarə edib. Qeyd edək ki, bu yaxınlarda bəzi mətbuat orqanlarına Messinin "Barsa"dan ayrılmaq istədiyi barədə məlumatlar yer almışdı.
Klubun baş məşqçisi Xose Qvardiola haqda xoş sözlər deyən Messi dünyanın ən yaxşı klubunda çıxış etdiyini vurğulayıb. "Açığı, "Barsa"dan başqa heç bir klub haqqında düşünmürəm", -deyə o qeyd edib.
Argentinalı futbolçu həmçinin dünya ulduzlarına, xüsusi ilə də Di Stefano, Pele və Maradonaya hörmət bəslədiyini bildirib. 24 yaşında olduğunu yada salan Messi karyerasının başlanğıcında olduğunu söyləməyi də unutmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB