Madridin "Real" klubu öz meydanında "Qranada" üzərində inamlı qələbə qazanıb. İspaniya Premyer Liqasının 18-ci turu çərçivəsində "Santyaqo Bernabeu" stadionunda keçirilən qarşılaşma Joze Mourinyunun yetirmələrinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində fransalı hücumçu Kərim Benzema dubla imza atıb (19-cu və 50-ci dəqiqələr), Serxio Ramos (34-cü dəqiqə), Qonsalo İquain (47-ci dəqiqə) və Kriştianu Ronaldu (89-cu dəqiqə) hərəyə bir qolla fərqləniblər. "Real"ın türk əsilli yarımmüdafiəçisi Məsud Özil qolların üçünə asissentlik edib. Qonaqların yeganə qolunu 22-ci dəqiqədə Mikel Riko vurub.
"Real" 43 xalla İspaniypa çempionatının lideridir. İkinci pilləni tutan və ehtiyatda bir oyunu olan "Barselona" liderdən 6 xal geri qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB