Futbol üzrə Azərbaycan çempionatının hazırkı lideri "Neftçi" klubunun əsas heyəti kimi, klubun əvəzedici komandası da qış fasiləsi zamanı Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. Siasport.az saytı xəbər verir ki, Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətləri arasında təşkil olunan çempionatın qalibi "Neftçi" PFK, hazırlıq prosesini Yanvarın 19-dan, Fevralın 3-dək keçirməyi nəzərdə tutub. Onu da qeyd edək ki, əvəzedicilərin 6 üzvü- Malik Babayev, Elşən Abdullayev, Kənan Manafov, Elnur Soltanlı, Əyyüb Əliyev və Rəşad Əzizlinin təlim-məşq toplanışına əsas komanda ilə birlikdə qatılacağı qənaətinə gəlinib. Bunun əvəzində isə, klubun baş məşqçisi Elşad Əhmədov heyətə "Neftçi" PFK-nın "U-17" və "U-16" komandalarının bir neçə istedadlı futbolçusunu cəlb edib. Məlumat üçün bildirək ki, əvəzedici komandanın hazırlıq prosesində bir neçə görüşlərin də keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB