Araz Abdullayevin komandası bu gün “Erqotelisə” qarşı oynayacaq

Araz Abdullayevin komandası bu gün “Erqotelisə” qarşı oynayacaq
Futbol üzrə Azərbaycan millisinin və İngiltərənin "Everton" klubunun futbolçusu Araz Abdullayevin icarə əsasında çıxış etdiyi "Panionios" klubu bu gün yenidən Yunanıstan Superliqasında növbəti oyununa çıxacaq. Siasport.az saytı xəbər verir ki, Afina təmsilçisi 16-cı turda "Erqotelis" klubunun qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 19:15-də başlanacaq və Yunanıstanın "Nova Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq. Qeyd edək ki, baş məşqçi Apostolos Mantziosun şans verəcəyi təqdirdə A.Abdullayev Superliqada ikinci oyununa çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə