"Qalatasaray"a keçmək istəyən Yiğit Gökoğlan "Manisaspor" rəhbərliyini hədələdi!
İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terimin sərəncamında görmək istədiyi yerli futbolçulardan biri olan "Manisaspor"lu Yiğit Gökoğlan, onu klubda saxlamaq istəyən rəhbərliyə sərt etiraz edərək "Qalatasaray"da oynamaq istədiyini, buna qarşı çıxarlarsa hər şeyin klub üçün pis nəticələnəcəyini açıqlayıb. Türkiyə mətbuatı yazır ki, Türkiyə Superliqasında perspektivli futbolçulardan biri kimi tanınan Y.Gökoğlan üçün "Manisaspor"a 2,5 milyon avro təklif edən İstanbul nəhəngi, transferin baş tutması üçün ciddi işə başlayıb. Futbolçunun özü də "cim bom"a transfer olması üçün "Manisaspor" rəhbərliyi ilə şəxsi danışıqlar aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB