Atasının arzularını reallaşdıran Azərbaycanlı cüdoçu Türkiyədə böyük uğurlar qazanıb
Beş yaşında Azərbaycanda başladığı cüdo idman növündə müxtəlif nailiyyətlər əldə edən, Türkiyənin "Samsun SHÇEK" və "Gençlik Spor Klubunun" idmançısı Dilgəm Əliyevin qazandığı uğurlar, ən çox atasını sevindirir. Siasport.az saytı xəbər verir ki, D.Əliyev mətbuata verdiyi açıqlamada, atasının tövsiyyəsi ilə 5 yaşından məşğul olmağa başladığı cüdo idman növündə 14 ili geridə qoyduğunu bildirib. Cüdoya olan bağlılığının kiçik yaşlarında başladığını amma ailəsinin buna icazə vermədiyinə görə cüdoya gedə bilmədiyini Türkiyə mətbuatına açıqlayan D.Əliyev onu da bildirib ki, o bu idman növünə daha çox atasının arzusunu reallaşdırmaq üçün atılıb: "Atam daxilində cüdoya olan bağlılığı səbəbindən məni hələ 5 yaşımda ikən bu idmanla məşğul olmağa göndərib. Atamın çox istəyib lakin, gedə bilmədiyi cüdo onun həmişə xəyallarında canlanıb. Bu səbəbdən məni hələ kiçik yaşda cüdoya göndərib. 14 ildir bu idmanla məşğulam. Mənim üçün də cüdo həyatımın vaz keçilməzləri arasındakı yerini aldı." İdmandan əlavə təhsil həyatını da davam etdirdiyini vurğulayan Əliyev, " Universitet təhsilimi Azərbaycanda davam etdirirəm. Bədən Tərbiyə və İdman Akademiyasının 3-cü kursunda təhsil alıram."-deyə fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB