“Simurq” Nizami Sadıqovun yerinə kimi təyin edib?

“Simurq” Nizami Sadıqovun yerinə kimi təyin edib?
"Simurq" Peşəkar Futbol Komandası məşqçi Emil Babayevlə müqavilə imzalayıb. Siasport.az saytı xəbər verir ki, Simurqun keçmiş məşqçisi Nizami Sadıqovun komandadan gedişindən sonra, onun boş qalmış yerinə Emil Babayev gətirilib. Qeyd edək ki, Babayev komandada qapıçılarla işləmək üçün məşqçi təyin olunub. Təcrübəli məşqçi bundan əvvəl "Rəvan" Futbol Klubunda çalışıb. Daha əvvəl isə "Neftçi" PFK-da və "U-17"–də qapıçılarla işləyən məşqçi kimi fəaliyyət göstərib. Məlumat üçün bildirək ki, "A" kateqoriyalı məşqçinin komandaya gəlişindən sonra "Neftçi" PFK-nın gənc yarımmüdafiəçisi Nicat Qurbanov da icarə əsasında "Simurq" klubunda çıxış edəcək. Bundan əlavə, Qurbanov yeni klubunda 15 nömrəli formanı geyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə