Paralimpiyaçılarımız vətənə medallar qazandırıb

Paralimpiyaçılarımız vətənə medallar qazandırıb
Birləşmiş Ərəb Əmirliklərinin "Şərjah" şəhərində paralimpiyaçılar arasında keçirilən Dünya Çempionatına yekun vurulub. Siasport.az saytının verdiyi xəbərə görə, yarişa 8 nəfərlik heyətlə yola düşən atletika üzrə Azərbaycan (amputant idmançılar arasında) yığması vətənə 3 qızıl, 2 gümüş, 3 bürünc medalla dönüb. 2012-ci il Londonda keçiriləcək Yay Paralimpiya Oyunları üçün lisenziya xarakteri daşıyan turnirdə idmançılarımızdan Diskatma üzrə (42.66m ) Samir Nəbiyev, Nüvəitələmə üzrə (12.08m) Oloxan Musayev və Nizəatma üzrə (32.75m) Allahverdi Allahverdiyev fəxri kürsünün ən yüksək pilləsini əldə ediblər. Bundan əlavə, Pekin Paralimpiadasının qalibi Oloxan Musayev Diskatmada da vətənimizə medal qazandırıb. Belə ki, o, 38.56 metr nəticə ilə turnirdə ikinci yerə layiq görülüb. Medallar sırasına adını yazdıran Vüqar Adışirinov isə Üçtəkanla tullanmada 13 metrlə gümüş medalı əldə edib. Həmçinin, atletlərimizdən Hüseyn Həsənov Uzununa tullanma üzrə 6.26 metr və Mehman Ramazanzadə 2 növdə, diskatma üzrə 33.70 metr və nüvəitələmə üzrə 10.60 metrlə 3-cü yerləri tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə