Xəbər verdiyimiz kimi, Ukraynanın "Şaxtyor Donetsk" futbol klubunun Rumıniyalı baş məşqçisi Mirça Luçeskunun Rumıniyanın paytaxtı Buxarestdə avtomobil qəzası keçirib. Siasport.az saytı xəbər verir ki, M.Luçeskunu müayinə edən Buxarestli həkim Boqdan Oprita 66 yaşlı məşqçinin keçirdiyi qəzadan sonra xəstəxanaya qaldırıldığını, huşunun yerində olduğunu, amma sinəsində yaraların mövcudluğunu qeyd edib. B.Oprita Luçeskunun idarə etdiyi maşında olan digər sərnişinin də xəstəxanaya aparıldığını qeyd edib. Eyni zamanda Rumıniya mediası da, Luçeskunun idarə etdiyi avtomobilinə tramvayın dəydiyini və minik maşınının sol tərəfinin ağır zədələndiyi barədə məlumat yayıb. Məlumata əsasən, Luçeskunun 3 qabırğası da ciddi zədə alıb. Xatırladaq ki, təcrübəli məşqçi əvvəllər Türkiyədə "Qalatasaray" və "Beşiktaş" klublarında məşqçilik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB