Joze Maurinyo və Ronaldo yenə qalmaqal yaratdılar!

Joze Maurinyo və Ronaldo yenə qalmaqal yaratdılar!
İspaniyanın "Real" futbol klubunun baş məşqçisi Joze Mourinyo yenə də növbəti qalmaqal ərəfəsindədir. Siasport.az saytı xəbər verir ki, buna səbəb portuqaliyalı futbol mütəxəssisinin həmyerlisi olan Kriştiano Ronaldo ilə birlikdə "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak etməkdən imtina etmələridir. J.Maurinyo və K.Ronaldo  yanvarın 9-da keçiriləcək tədbirdə iştirak etməkdən boyun qaçırıblar. Buna səbəb kimi isə onların yanvarın 11-də İspaniya kubokunun 1/8 final mərhələsinin cavab qarşılaşmasında səfərdə "Malaqa" ilə keçiriləcək oyuna yaxşı hazırlaşmalı olduqlarnı göstərsələr də, hər kəsə aydındır ki, bu fakt sadəcə bir bəhanədən başqa bir şey deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə