Nuri Şahin "Real"ı tərk edib yenidən Almaniyaya qayıdır?

Nuri Şahin "Real"ı tərk edib yenidən Almaniyaya qayıdır?

Keçən mövsüm Almaniyanın "Dortmund" klubundan 12 milyon avroya Madrid "Real"ına transfer olunan Nuri Şahin, yenidən Almaniya Bundesliqasına qayıda bilər. Siasport.az saytı xəbər verir ki, kral klubunda ciddi zədə üzündən yaşıl meydanlara hərət qalan, sadəcə "Malaqa" ilə qarşılaşmada meydana çıxan türkiyəli futbolçu, ondan gözlənilən oyunu sərgiləmədiyi üçün "Real" rəhbərliyi tərəfindən də gözdən düşüb. İspaniya mətbuatı yazır ki, türk əsilli futbolçu yenidən Almaniyada yaşayan ailəsinin yanına qayıtmaq və "Dortmund"un heyətinə geri dönməyi planlaşdırır. Amma problem odur ki, N.Şahini 12 milyon avroya transfer edən kral klubu, indi onun transfer qiymətini 20 milyon avroya qaldırıb. Lakin bütün bunlara baxmayaraq türk əsilli futbolçunun bütün fədakarlıqlara hazır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə