Çin klubu Nikola Anelkadan sonra Con Terrini də transfer etməyə hazırlaşır!
İngiltərə millisinin və "Çelsi" futbol klubunun forvardı Con Terri futbol koryerasını Çində davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, məşhur fransız futbol mütəxəssisi Jan Tiqananı baş məşqçi postuna gətirən və "Çelsi"nin fransız futbolçusu Nikola Anelkanı sıralarına qatan "Şanxay Şenhua" klubu, indi də C.Terrini transfer etməyə hazırlaşır. İngiltərədə nəşr olunan "Daily Express" qəzeti yazır ki, hər həftəyə görə ulduz futbolçuya 200 min funt-sterlinq ödəməyə hazır olduğunu rəsmi olaraq C.Terrinin menecerinə çatdıran Çin klubu, öz nümayəndələrini Londona göndərməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB