"Qalatasaray"ın qapıçısı dünyanın ən yaxşı qolkiperləri sırasında!

"Qalatasaray"ın qapıçısı dünyanın ən yaxşı qolkiperləri sırasında!
İstanbulun "Qalatasaray" futbol klubunun uruqvaylı futbolçusu Fernando Muslera, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (BFTSF) tərəfindən dünyanın ən yaxşı qapıçıları sırasında 34 səslə 6-cı sırada yer alıb. Siasport.az saytı xəbər verir ki, F.Muslera bu siyahıda "İnter"in qolkiperi Julio Sezarı, "Mançester Siti"dən Jou Hartı və "Roma"dan olan həmkarı Stekelenburgu geridə qoyub. Beynəlxalq qurumun açıqlamasında 248 səslə birinci yerdə Madrid "Real"ının və İspaniya millisinin kapitanı İlker Kasilyas qərarlaşıb. Sonrakı yerləri müvafiq olaraq 130 səslə "Bavariya"nın qolkiperi Manuel Nouer və 114 səslə "Barselona"lı əlcək ustası Viktor Valdes bölüşürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə