Araz Abdullayevin Yunanıstan Superliqasındakı uğurlu çıxışı “Neftçi”nin prezidentini sevindirib

Araz Abdullayevin Yunanıstan Superliqasındakı uğurlu çıxışı “Neftçi”nin prezidentini sevindirib

İngiltərənin "Everton" klubu ilə müqaviləsi olan "Neftçi"nin yetirməsi Araz Abdullayev Yunanıstan Superliqasında debüt etməsi, onun keçmiş komandasında da sevinclə qarşılanıb. Siasport.az saytı xəbər verir ki, xüsusi ilə gənc yarımmüdafiəçimiz şərəfini qoruduğu "Panionios" klubunun "Asteras Tripolis" üzərindəki qələbəsində (2:0) pay sahibi olması sevindirici fakt kimi qarşılanıb."Neftçi"nin prezidenti Sadıq Sadıqov bununla bağlı mətbuata verdiyi açıqlamada bildirib ki,  A.Abdullayevin Yunanıstan Superliqası kimi güclü çempionatda debüt etməsi çox sevindirici haldır: "AFFA-nın prezidenti Rövnəq Abdullayev millimiz və yaş qrupları üzrə yığmalarda çıxış edən futbolçularımız üçün hər cür şərait yaradır. Klubların rəhbərləri də gənc futbolçularımızın yetişməsi və onların əsas heyətdə oynaması üçün əlindən gələn köməyi göstərməlidir. Üstəlik, yerli gənc futbolçularımızın Avropa klublarına keçməsi tezliklə Azərbaycan millisinə böyük fayda verəcəkdir. Amit Quluzadənin "Kayseri Ərciyəsspor"un heyətindəki çıxışı, Araz Abdullayevin Yunanıstan Superliqası kimi güclü bir çempionatda oynaması bir daha göstərir ki, gənc futbolçularımızın istedadı yetərincədir. Sadəcə, onlara bu imkanı yaratmaq lazımdır. Mən bundan sonra da gənclərimizin Avropa futbol komandalarında oynaması üçün bütün imkanlardan istifadə edəcəyəm." 

Bütün xəbərlər Facebook səhifəmizdə