Nizami Sadıqov “Simurq”dan niyə getdi?

Nizami Sadıqov “Simurq”dan niyə getdi?

Zaqatalanın "Simurq" komandası daha bir futbolçu ilə yollarını ayırmağa qərar verib. Siasport.az saytı xəbər verir ki, Zaqatala təmsilçisi Aleksandr Şemonayevi heyətindən kənarlaşdırıb. İl yarımdır "Simurq"da qapıçılarla işləyən məşqçi Nizami Sadıqov da öz istəyi ilə komandadan ayrılıb. Onun yerinə Emil Balayev təyin olunub. Yevgeni Şmakov, Kristaps Qlebis, Elçin Xəlilov, Samir Quliyev, Adnan Hodziç, Anar Həsənli ilə də yollarını ayıran "Simurq" hələlik iki futbolçunu ilə anlaşıb. "Bakı"dan ayrılan Emin Cəfərquliyev ilə münasibətlərini rəsmiləşdirən "Simurq" "Neftçi"dən Nicat Qurbanovu da icarəyə götürüb. 

Bütün xəbərlər Facebook səhifəmizdə