Beynəlxalq Atıcılıq Federasiyası güllə atıcılarının reytinq cədvəlini açıqladı
Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) 2012-ci ilin ilk reytinq cədvəlini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, ilin ilk reytinq cədvəlində baş məşqçi Hafiz Cəfərovun rəhbərlik etdiyi komandanın üzvü, Olimpiya çempionu Zemfira Meftahətdinova və Emin Cəfərov irəliləyərək, müvafiq olaraq 16-cı və 39-cu yerlərə yüksəliblər. Skit növündə aparıcı snayperlərimizdən hesab olunan Nurlana Cəfərova 34-cü pillədə qərarlaşıb. Güllə atıcılığı üzrə millimizdə yalnız Nigar Bağırova irəliləyə bilib. O, 10 metr məsafəyə atəşaçmada 2 pillə irəli gedərək 79-cu yerə qalxıb. Bu məsafədə Olimpiya mükafatçımız və yığmamızın baş məşqçisi İradə Aşumova 60-cı yerdədir. Həmin məsafəni nişan almaqda kişilərin yarışında Azərbaycanı təmsil edən Ruslan Lunyov 54-cü pillədə yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB