“Xəzər-Lənkəran” Malidə futbolçu axtarır...

“Xəzər-Lənkəran” Malidə futbolçu axtarır...
"Xəzər-Lənkəran" futbol klubunun baş məşqçisi Cüneyt Biçer və komandanın rəisi Səməd Mustafayev Mali Respublikasına yollanıblar. Siasport.az saytı xəbər verir ki, səfər müddətində müxtəlif Afrika ölkələrindən olan futbolçuların baxışdan keçirilməsi nəzərdə tutulur. Baş məşqçi və komandanın rəisi yanvarın 10-da Azərbaycana dönəcəklər. Bu səfərlə əlaqədar komandanın hazırlığının ilk mərhələsində bəzi dəyişikliklər edilib.
Belə ki, yanvarın 6-da Bakıda toplanacaq futbolçular ayın 9-dək məşqlərini paytaxtda keçirəcəklər. Bir günlük fasilədən sonra komanda Lənkərana yollanacaq və burada hazırlıq prosesini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə