21 yaşadək futbolçularımız Antalyada seleksiya xarakterli toplanış keçirəcəklər

21 yaşadək futbolçularımız Antalyada seleksiya xarakterli toplanış keçirəcəklər
Yanvarın 20-29-da Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Siasport.az saytı AFFA-ya istinadən bildirir ki, toplanışa Emin Mustafayev, Kamil Nurəhmədov, Orxan Həsənov, Murad Səttarlı, Aleksandr Qross, Abdulla Abatsiyev, Hacı Əhmədov, Ruslan Tağızadə (hamısı "Sumqayıt"), Orxan Sadıqlı, Şəhriyar Xəlilov, Zahid Quliyev (hər üçü "Xəzər-Lənkəran"), Osman Umarov, Elgiz Kərəmli (hər ikisi "Qarabağ"), Elvin Yunuszadə, Ağabala Ramazanov (hər ikisi "Neftçi"), Rüstəm Abbasov, Asif Mirili (hər ikisi "İnter"), Rəhman Hacıyev, Şəhriyar Əliyev (hər ikisi "Bakı"), Mehman Məmmədov ("Kəpəz"), İlkin Qırtımov ("Simurq"), Mehti Cənnətov ("Anji", Rusiya), Şamil Qurbanov ("Volqa", Rusiya), Murad Ağayev ("Dasayev adına Akademiya", Rusiya) və Əli Gökdəmir ("Hannover 96", Almaniya) dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə