Bakının "İnter" futbol komandasının Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, yanvarın 14-də Antalyaya yollanacaq paytaxt təmsilçisi növbəti gün məşqlərə başlayacaq. Ayın 19-da "İnter" Almaniyanın "Karlsrue" komandası ilə yoldaşlıq oyunu keçirəcək. Yanvarın 25-də Qazaxıstanın "Atırau" komandası ilə qarşılaşacaq "İnter" yoxlama oyunlarını fevralın 4-də Bolqarıstan Çempionatının lideri olan "Ludqorets" klubu ilə keçirəcəyi matçla yekunlaşdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB