Azərbaycan yığmasının futbolçusu olan Araz Abdullayev Yunanıstan çempionatında debüt etməklə, özü haqda müsbət fikir formalaşdırıb. Siasport.az saytı xəbər verir ki, "Panionios" klubunun 20 yaşlı yarımmüdafiəçisi "Asteras Tripolis"lə qarşılaşmadan sonra yunan mətbuatından yüksək qiymət alıb.
Komandasının 2:0 hesabı ilə qalib gəldiyi görüşün 62-ci dəqiqəsində meydana daxil olan Arazın oyununu bir neçə cümlə ilə dəyərləndirən yunanlar ondan razı qalıblar: "Panionios"un bu gənc futbolçusu yaxşı oyunçudur. Sürətlidir. Belə təsəvvür yaranır ki, səviyyəli futbolçudur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB