Emmanuel Eboue "Samsunspor"la qarşılaşmada "Qalatasaray"ı tək buraxmayacaq!

Emmanuel Eboue "Samsunspor"la qarşılaşmada "Qalatasaray"ı tək buraxmayacaq!
İstanbulun "Qalatasaray" futbol kubunun Fildişi Sahillərindən olan futbolçusu Emmanuel Eboue, cümə günü "Samsunspor"la keçiriləcək qarşılaşmada komandasına kömək edə biləcək. Siasport.az saytı xəbər verir ki, yanvarın 21-də başlayacaq Afrika Kubokunda çıxış edəcək futbol üzrə Fildişi Sahili komandasının heyətinə qoşulmaq üçün ölkəsinə getməli olan E.Eboue, Fildişi milliisinin təlim-məşq prosesində baş verən dəyişikliklə bağlı daha bir neçə gün İstanbulda qalacaq. Bu isə o deməkdir ki, qaradərili futbolçu sabah keçiriləcək səfər qarşılaşmasında "cim bom"un heyətində çıxış edə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə