Daha bir Azərbaycan futbolçusu koryerasına son verdiyini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, "Sumqayıt" klubunun və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aqil Məmmədov futbolçu karyerasını başa vurduğunu elan edib. 39 yaşlı yarımmüdafiəçi mətbuata verdiyi açıqlamada bildirib ki, futboldan ayrılmaq onun üçün olduqca çətindir:
"Futbolçuya böyük futboldan ayrılmaq çox çətindir. Kövrəlmədim desəm, yalan olar. Hələ ötən ay bu qərarı vermişdim. Düşünürəm ki, özümü məşqçi kimi göstərə bilərəm. Klubun rəhbərliyi ilə görüşüm oldu. "Sumqayıt"ın 15 yaşadək futbolçulardan ibarət komandası mənə həvalə olundu. Bu işin öhdəsindən gələcəyimə inanıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB