"PSJ" Pato üçün "Milan"a 38 milyon avro ödəməyə hazırdır!

"PSJ" Pato üçün "Milan"a 38 milyon avro ödəməyə hazırdır!
Fransanın "PSJ" futbol klubu, İtaliyanın "Milan" futbol klubunun braziliyalı forvardı Patonu transfer etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bir müddət əvvəl adı məşhur ingilis futbolçu Devid Bekhemin transferində hallandırılan fransız futbol klubu, Milan təmsilçisinə braziliyalı forvardla bağlı konkret təklifini də açıqlayıb. Belə ki, "PSJ", Patonu transfer edə bilmək üçün İtaliya klubuna 38 milyon avro ödəməyə hazır olduğunu rəsmi şəkildə bəyan edib. Amma bu transferin baş-tutub tutmayacağı sual altındadır. Çünki qiymət baxımından bu transfer "Milan"ı qane etsə də, İtaliya mətbuatı klubun prezidenti Silvio Berluskoninin qızı ilə eşq macərası yaşayan braziliyalı ulduzun Milanı tərk edəcəyinin inandırıcı olmadığını yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə