"Mançester Yunayted" Aleks Fergusyonun yubileyini acı məğlubiyyətlə "qeyd etdi"!

"Mançester Yunayted" Aleks Fergusyonun yubileyini acı məğlubiyyətlə "qeyd etdi"!
Dünən İngiltərə Premyer Liqasında növbəti tur çərçivəsində səfərdə "Nyukasl" klubu ilə qarşılaşan "Mançester Yunayted" futbol klubu acınacaqlı məğlubiyyətə uğrayıb. Siasport.az saytı xəbər verir ki, "qırmızı şeytanlar", 70 yaşını qeyd edən Aleks Fergusyona qələbə hədiyyəsi hazırlamaq istəsələr də, meydanda bunun əksinə olaraq "sən saydığını say, gör fələk nə sayır" prinsipi işə düşüb. Belə ki, "Nyukasl" futbolçuları doğma meydan amilindən yararlanaraq "qırmızı şeytanlara" göz açmağa imkan verməyiblər. Qarşılaşmanın 33-cü dəqiqəsində "Nyukasl"ın forvardı Dembaba gözəl zərbə ilə A.Fergusyonun komandasını cəzalandırıb. Qarşılaşmanın sonunda 3:0 hesablı qələbəni bayram edən "Nyukasl" futbolçuları, A.Fergusyonun yubiley sevincini üzüntüyə çevirməklə yanaşı, eyni zamanda turnir cədvəli baxımından da "qırmızı şeytanlara" böyük zərbə endirmiş olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə