"Qəbələ" klubunun futbolun kütləviləşdirilməsi departamenti daha bir proqramın icrasına başlayıb. Siasport.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, Qəbələdə azyaşlılara futbolun tanıdılması və sevdirilməsi istiqamətində bir sıra işlər görən departament Vəndam kəndində qızlara futbol məşqləri keçməyə başlayıb. Buna səbəb qızların hər həftə keçirilən məşqlərə maraq göstərməsidir.
Qız tamaşaçıların sayının gündən-günə artması onlar üçün də xüsusi məşq proqramının təşkil edilməsi ilə nəticələnib. Məşqlərdə 11-14 yaş arası qızlar yer alırlar. Qızların futbol bacarıqlarının sürətlə artmasını nəzərə alan "Qəbələ" yaxın gələcəkdə digər kəndlərdə də sözügedən proqramın təşkilini planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB