"Panionis" klubu Araz Abdullayevi rəsmən təqdim edib. Verilən məlumata görə, Yunanıstan təmsilçisi dekabrın son günlərində heyətinə qatdığı Azərbaycan milli komandasının futbolçusunun transferini rəsmi saytı vasitəsi ilə açıqlayıb. Saytın açıqlamasında bildirilir ki, "Everton"dan 6 aylıq icarəyə götürülən 20 yaşlı yarımmüdafiəçi 70 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Araz "Neftçi"də icarə əsasında çıxış edirdi. Futbolçu İngiltərənin "Everton" klubuna məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB