İngiltərə Premyer Liqasının lideri "Mançester Siti" ev oyununda "Liverpul" üzərində böyük hesablı qələbə qazanıb. "Şəhərlilər" rəqib qapısından üç cavabsız top keçiriblər.
"Mançester Siti"nin qollarını Aquero, Yaya Ture və Milner vurub. "Liverpul" meydana uruqvaylı Luis Suares olmadan çıxıb. O, "Mançester Yunayted"in oyunçusu Partis Evranın ünvanına irqçi ifadələrə görə 8 oyunluq diskvalifikasiya edilib.
Günün digər qarşılaşmasında "Tottenhem" "Vest Bromviç"in müdafiəsini çətinlik çəkmədən yarıb və Cermeyn Defonun qolu ilə minimal hesablı qələbə qazanıb - 1:0.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB