Araz Abdullayev “Panionios”da uğurlu debüt etdi

Araz Abdullayev “Panionios”da uğurlu debüt etdi

Müqavilə ilə İngiltərənin "Everton" klubuna məxsus olan Araz Abdullayev icarə əsasında çıxış etdiyi Yunanıstanın "Panionios" klubunda debüt edib. "Panionios"un rəsmi saytının verdiyi məlumata görə, fubolçumuz "Koropi" komandasına qarşı yoxlama matçında meydana çıxıb.


19 yaşlı futbolçumuz "Apilion" tədris mərkəzində baş tutan matçda əsas heyətdə meydana çıxıb. Araz Abdullayevin 60-cı dəqiqədə əvəz.ləndiyi matç "Panioniois"un 3:2 hesablı qələbəsilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə