“Rabitə” dünyanın bir nömrəli qadın voleybol klubudur

“Rabitə” dünyanın bir nömrəli qadın voleybol klubudur

İsveçrənin Bazel şəhərində təşkil olunan qadın voleybolçular arasında "Top Volley İnternational" beynəlxalq turnirinə yekun vurulub. Turnirin qalibi adına Bakının "Rabitə" klubu olub. Qızlarımız həlledici oyunda Fransanın "Kann" komandasından üstün olublar.


"Rabitə" "Kann"ı 3:1 hesabı ilə məğlub edib. Setlərdə hesab (28:26, 25:22, 22:25, 25:21) olub. "Top Volley İnternational" beynəlxalq turnirində üçüncü yeri İsveçrənin "Volero" klubunu məğlub edən Braziliyanın "Unilevar" kollektivi, 5-ci yeri isə Rumıniyanın "Dinamo" kollektivindən üstün olan Rusiyanın "Severstal" komandası qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə