Təhsil Nazirliyində respublika müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Təhsil Nazirliyində respublika müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bu gün Təhsil Nazirliyində təhsil sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi-müəllimlər arasında keçirilən respublika müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib. Siasport.az saytı xəbər verir ki, bu münasibətlə təşkil olunmuş mərasimdə təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin gənclərə, idmana daim böyük diqqət və qayğı göstərdiyini vurğulayıb, ulu öndərin ideyalarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Bu il müvafiq müsabiqə 12 nominasiya - ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbi, şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi, şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi, kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi, kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi və sairə üzrə keçirilib. 159 idman məktəbinin iştirak etdiyi müsabiqəyə təqdim edilən sənədlər münsiflər heyəti tərəfindən qiymətləndirilərək nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə