Dünyanın canlı futbol əfsanəsi olan Argentinalı Diyeqo Maradona, daha bir iddiaya düşüb. Siasport.az saytı xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyinin "El Vasl" futbol klubunu çalışdıran argentinalı futbol ulduzu, indi də bu ölkənin əsas milli komandasını çalışdırmaq istəyir. Boş qalan baş məşqçi postuna öz namizədlik iddiasını dilə gətirən futbol əfsanəsi, açıqca bildirib ki, o indi BƏƏ Futbol Federasiyasından təklif gözləyir. İki komanda çalışdırmaq imkanında olduğunu deyən D.Maradona bildirib ki, o bu addımında uğur qazanacağına əmindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB