Ağdamın "Qarabağ" klubunun qış hazırlıqfutbol klubunun, qış hazırlıq dövründə hansı komandalarla qarşılaşacağına aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata əsasən, yanvarın 10-da yığışacaq komanda 5 gün Bakıda məşq edəcək. Yanvarın 15-də isə Qurban Qurbanov və yetirmələri Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. "Qarabağ" Antalyanın Bələk bölgəsində yerləşən "Arkadia Limak" otelində məskunlaşacaq. Fevralın 4-dək qonşu ölkədə qalacaq Ağdam təmsilçisi bu müddətdə 5 yoxlama oyunu keçirməyi planlaşdırır. "Qarabağ" yanvarın 21, 25, 27, 31-də və fevralın 3-də hazırlıq maçı oynayacaq. Artıq ilk 2 rəqib bəllidir. Yanvarın 21-də ağdamlılar Qazaxıstan Superliqa təmsilçisi "Taraz"la qarşılaşacaq. 25-də isə rəqib Avstriyanın "Rid" komandası olacaq. Avstriyalılarla oyunun keçirilmə vaxtı da məlumdur. Görüş yerli vaxtla 15:15-ə planlaşdırılıb. Digər rəqiblərinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB